Onlayn ictimai-siyasi qəzet
Yanvarın 20-si şənbə günü axşam Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş Falcon 10 təyyarəsi əlaqəni dayandıraraq radar ekranlarından itib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) məlumat yayıb.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 6 (altı) nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub.
“Falcon 10” “Athletic Group MMC”yə və fərdi şəxsə məxsusdur.
Təyyarə Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.
Qeyd olunub ki, hava gəmisinin ilk uçuş nöqtəsi Taylandın Utapao hava limanı olub.
Hazırda təyyarənin axtarışı davam etdirilir.
***
Əfqanıstanın şimal-şərqində yerləşən Bədaxşan vilayətində təyyarə qəzası olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Hindistan şirkətinə məxsus olub və Moskva istiqamətində uçurmuş.
Texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarənin olduğu əraziyə xilasedici qruplar göndərilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Falcon təyyarəsinin göyərtəsində altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin. Bildirilib ki, Tacikistanla sərhədə yaxınlaşdıqdan sonra təyyarə ilə əlaqə kəsilib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ