İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda orduya yeni qəbul sisteminə qarşı etirazlar güclənir

Orduya yeni qəbul sisteminə qarşı kütləvi etirazlar Hindistanın yeddi regionuna yayılıb. Nümayişlər bəzi hallarda iğtişaşlar və zorakılıqla müşayiət olunub.

AZƏRTAC “The Pioneer” qəzetinə istinadla xəbər verir ki, etiraz aksiyaları Pəncab, Himaçal-Pradeş, Haryana, Uttar-Pradeş, Uttarxand, Bihar ştatlarında, həmçinin Cammu və Kəşmir ərazisində baş verib. Minlərlə insanın iştirak etdiyi aksiyalar həmkarlar ittifaqları, tələbə və kəndli təşkilatları tərəfindən dəstəklənir.

Bihar ştatında etirazçılar iki sərnişin qatarını və hakim “Bharatiya Canata” partiyasının ofisini yandırıblar. Haryana ştatında isə avtomobillərə od vurulub və hakim partiyanın yerli millət vəkilinə hücum edilib. Etirazçıların dəmir yollarını bloklaması səbəbindən 40 qatarın hərəkəti dayanıb.

Polis nümayişləri dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalarda azı 15 polis əməkdaşı yaralanıb.

Etirazçılar uzunmüddətli müqavilələrin bağlanmaması və 4 illik müqavilələrə keçilməsi barədə Müdafiə Nazirliyinin qərarının ləğvini tələb edirlər. Yeni sistemə əsasən, dörd il müddətinə orduya cəlb olunacaq 17-21 yaş arası təxminən 45 min hindistanlının əksəriyyəti müqavilə vaxtı bitdikdən sonra təqaüd və müavinət almadan tərxis ediləcək. Onlardan yalnız 25 faizinə orduda daha 15 il xidmət etməyə icazə veriləcək.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, yeniliklər istefada olan hərbçilərin pensiya xərclərinin azaldılması, hərbi qulluqçuların orta yaş həddinin 32-dən 26-ya endirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və gənclərin hərbi xidmətə qəbul edilməsi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR