İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfəri ötüb

Hindistanın şimal-şərq hissəsində, əsasən də Assam ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 71 nəfər həlak olub.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, bu barədə məlumat Təbii Fəlakətlərlə Mübarizə idarəsinin bülletenində yer alıb. Ştatların regional administrasiyalarının son məlumatına görə, təbii fəlakətdən zərər çəkənlərin sayı 4,2 milyon nəfəri ötüb.

Ötən həftə Hindistanın şimal-şərqində başlayan güclü musson yağışları Brahmaputra çayının məcrasından çıxması ilə nəticələnib. Daşqınlardan ən çox Assam və Meqhalaya ştatları zərər çəkib. Regionda 5 min 137 kənd su altında qalıb, 107 min 370 hektar əkin sahəsinə zərər dəyib.

Meteoroloqlar ölkənin şimal-şərq ştatlarında güclü musson yağışlarının yaxın 48 saat ərzində də davam edəcəyini proqnozlaşdırırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR