Onlayn ictimai-siyasi qəzet
Hindistanda keçirilən ağır atletika yarışında qalmaqal baş verib. Belə ki, Modinaqarda keçirilən turnirin iştirakçıları dopinq nəzarətçilərinin gəlişindən xəbər tutduqdan sonra kütləvi şəkildə iştirakdan imtina ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Amar Ujala" məlumat yayıb.
Elan olunmuş idmançıların kütləvi şəkildə meydana çıxmaması səbəbindən bir sıra çəki dərəcələri üzrə yarışlar ləğv edilib. Bəzi kateqoriyalar üzrə bir və ya iki idmançı iştirak edib.
Turnirdə ümumilikdə 429 idmançının iştirakı nəzərdə tutulub: 252 kişi və 177 qadın. Dopinq nəzarəti ilə bağlı xəbərlərdən sonra 219 atlet yarışı tərk edib. İmtina edənlər arasında 126 kişi və 93 qadın var. Əvvəllər turnirdə dopinq nəzarəti həyata keçirilməyib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ