İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiyadan neft alışını kəskin azaltdı

Hindistan Rusiyadan neft alışını kəskin azaldıb. Reuters Agentliyinin yaydığı məlumata görə, avqust ayında Rusiyadan Hindistana gündəlik neft satışı 20 faiz azalaraq 1,35 milyon barelə düşüb. Bu, son yeddi ayda ən aşağı göstəricidir.

Bəzi ekspertlər azalmanın Hindistandakı bir sıra neft emalı zavodlarının profilaktik təmirə dayanması ilə izah edirlər. Lakin Səudiyyə Ərəbistanından neft alışının 63 faiz artırılması göstərir ki, səbəb bu deyil. Avqustda Səudiyyədən gündəlik neft alışı 825 min barelə çatıb.
Ehtimal olunur ki, Rusiya neftinə tətbiq olunan güzəşt məbləği azaldıldığına görə Hindistan şirkətləri sanksiya təhdidi altında onu almağa həvəs göstərmirlər. Belə ki, avqust ayında Rusiyanın əsas ixrac markası olan Urals Brentdən cəmi 15 dollar aşağı satılıb. Halbuki may-iyun aylarında bu göstərici 25 dollardan yuxarı idi.

Xatırladaq ki, Çin də Rusiyadan neft alışını ciddi şəkildə azaldıb. Belə ki, Çin Gömrük İdarəsinin məlumatına əsasən İyul ayında Çinin Rusiyadan neft alışı iyunla müqayisədə 23.2 faiz azalmaqla 8 milyon ton təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR