İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Çini qabaqladı və dünyada ilk yeri tutdu

Hindistan əhalisinin sayına görə dünyada liderlik edir. Hazırda ölkənin sakinləri 1,442 milyard nəfər təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatında qeyd edilib ki, Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26%-i 10-24 yaş arasındadır, gözlənilən ömür uzunluğu 2023-cü ildə doğulan kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilir.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Çinin əhalisi isə, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1,426 milyard nəfərə çatıb və azalmağa başlayıb. Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin bir milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR