İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hinamnor” tufanı Yaponiya istiqamətində hərəkət edir

Sakit okeanda əmələ gələn və adını Laosun əyalətlərindən birinin adından alan “Hinamnor” tufanı Yaponiya istiqamətində hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 29-da Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edilir ki, Yaponiyada 11 saylı tufan adını alan “Hinamnor” saatda 30 kilometr sürətlə hərəkət edir və onun avqustun 31-də cənubda yerləşən Kyuşü adasına çatacağı gözlənilir. Bununla yanaşı, onun artıq avqustun 29-da axşam saatlarında Oqasavara adalarına yaxınlaşacağı qeyd edilir.

Sinoptiklər tufanın ölkənin cənub-qərbindən şimal-qərbinə doğru geniş əraziləri əhatə edəcəyi, avqustun 31-də və sentyabrın 1-də bu yerlərdə leysan yağışların gözlənildiyi barədə xəbərdarlıq edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR