Onlayn ictimai-siyasi qəzet
Bu gün aktyor Hikmət Rəhimovun 39 yaşı tamam olur.
Bu barədə aktyor sosial media hesabında paylaşım edib. Hikmət bu münasibətlə yeni fotosessiya da etdirib.
"39 yaş... Bütün bu illər ərzində yaşadıqlarıma görə Allaha sonsuz təşəkkürlər. Ailəm, doğmalarım, dostlarım, həyatımdan gəlib keçən hər kəsə təşəkkür edirəm.
Özümün sevdiyim və sevmədiyim tərəflərim var. Amma özümü hər halımla qəbul edib, özümlə barışıram. Qarşıda görüləcək işlər var, bunun üçün Allahdan yalnız can sağlığı istəyirəm. Qalan hər şey xatirədir". deyə, aktyor paylaşımında yazıb. (Axşam.az)
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ