İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazilə Səfərli: “Yas yerlərində hər şey verilir”  


Tamada-şairə Nazilə Səfərli yas mərasimlərindəki israfçılığa etiraz edib.

Musavat.com bildirir ki, o, yas yerlərində yemək verilməsinin qadağan olunmasına çağırış edib:

“İnsanın evinə yas vaxtlı-vaxtsız düşə bilər. Həmin vaxt insan öz dərdi ilə tək qalır və düşünə bilmir:

“Mən ölünü ağlayım, dərdimi çəkim, yoxsa gələn-gedəni yola salım?”

Əvvəllər bizim kənddə belə bir adət var idi: bir evə yas düşəndə, ev sahibi bir həftə qazan asmırdı. O bir həftə ərzində kim nə gətirirdisə, həmin yeməklər yeyilirdi. Bir həftədən sonra yas sahibi bir dana kəsir, qonşular arasında paylayırdı. Bu, insanın ehsanının hər evdə qazanda qaynamasına səbəb olurdu.

Amma indi vəziyyət fərqlidir. Yas yerlərinə gedirsən, badımcan ləvəngisindən tutmuş toyuq ləvəngisinə qədər, hər şey verilir. Yeməklərin müzakirəsi başlayır: “Filankəsin halvası çox dadlı idi”, “Yemək yaxşı bişirilməyib”, “Aş-bozbaş necədir?” – ölü yaddan çıxır.

Mən bunun əleyhinəyəm. Kaş ki, yas yerində yemək verilməsin. Bir halva, bir stəkan çay ilə də ehsan edilə bilər. Yoxsa ki, ölü yiyəsi yeməyin dərdinə qalmamalıdır”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR