Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində erməni təxribatları ilə bağlı video və növbəti mesajını paylaşıb.
Musavat.com xəbər verir ki, mesajın məzmunu aşağıdakı kimidir: "Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın suveren ərazilərində qanunsuz mövcudluğunu davam etdirir. Ermənistan tərəfindən maliyyələşdirilən marionet separatçı qurumla əlaqəli qeyri-qanuni silahlı qruplar mülki binaların yaxınlığında yeni döyüş və atəş mövqeləri tikirlər".
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ