İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev xarici diplomatlarla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə aparıb

ADA Universitetində müxtəlif ölkədən olan bir qrup diplomatla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə təşkil edilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Xəzər Hövzəsi Araşdırmaları Proqramı çərçivəsində müxtəlif ölkələrdən olan bir qrup görkəmli diplomat qarşısında çıxış etməyə, regional və qlobal məsələlərlə bağlı daha geniş müzakirə və fikir mübadiləsi aparmağa dəvət etdiyinə görə ADA Universitetinə təşəkkür edirəm", - H.Hacıyev qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR