İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyevin yaxın silahdaşlarından Yıldırım Turan VƏFAT ETDİ

Ulu Öndər Heydər Əliyevin yaxın dostlarından Yıldırım Turan Türkiyədə uzunsürən xəstəlikdən vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Onun vəfat xəbəri İqdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb. Yıldırım Turan 20 ilə yaxın İqdır Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-ci illərdə Azərbaycanın ən çətin vaxtlarından onun yanında olan siyasətçilərdən olub. 20 yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıranlardan idi. İqdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”.

E.Eltürk bildirib ki, Yıldırım Turan Heydər Əliyevlə yaxın münasibətləri olub:

“Heydər Əliyevlə dostluqları olub. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən onu yaxından müşahidə edib və insanlarla görüşünü təşkil edib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR