İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev Mərkəzinə ekskursiya həyata keçirildi

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya həyata keçirilib.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən ekskursiyada 25 gənc ödənişsiz şəkildə iştirak edib.

“Heydər Əliyev İli” çərçivəsində baş tutan bu gəzintinin əsas məqsədi gənclərimizə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha çox aşılamaq və xatırlatmaq olub.

Ekskursiya zamanı gənclər bələdçi ilə birlikdə Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar və Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ulu Öndər Heydər Əliyevin həyatı haqqında maraqlı faktları dərindən öyrəniblər.

Ekskursiya zamanı bir çox maraqlı fotolar çəkilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR