Onlayn ictimai-siyasi qəzet
Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsinin inkişafını düzgün istiqamətləndirib.
Trend xəbər verir ki, bunu "Equinor" şirkətinin keçmiş prezidenti Tor-İvar Pedersen "Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası" konfransında deyib.
"1996-cı ilin iyun ayında Prezident Heydər Əliyev ölkənin neft-qaz sektorunun inkişafında daha bir cəsarətli addım atdı və bir qrup aparıcı şirkətə Hasilatın Pay Bölgüsü haqqında Saziş imzalamaq təklif olundu. Bunun ardınca Xəzər dənizində böyük qaz ehtiyatları kəşf olundu. Heydər Əliyevin prezidentliyinin sonrakı 10 ili ərzində "Çıraq" yatağında hasilatın başlaması ən uğurlu addımlardan biri oldu. Bundan snra Gürcüstan və Türkiyə ilə qaz sazişləri imzalandı, həmçinin Cənubi Qafqaz boru kəməri inşa olundu. Bu düzgün istiqamət Heydər Əliyevin prezidentliyi dövründə verilib və bugünədək inkişaf etməyə davam edir. İnanıram ki, dünyanın ən qədim neft hasil edən ölkəsi yeni çağırışların öhdəsindən gəlmək üçün texnologiyalara və səriştəyə malik olacaq və bu Azərbaycanın dünyanın neft hasil edən ölkələri arasında ön planda qalmasına imkan verəcək", - o deyib.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ