Onlayn ictimai-siyasi qəzet
Ukraynanın iyirmi ən varlı adamından biri olan azərbaycanlı milyonçu Vaqif Əliyevin qızı, keçmiş musiqi prodüseri Natella Krapivina sosial media hesabında paylaşım edib.
O, 2022-ci ildə Rusiyada yaşadığı çətinliklər səbəbindən buraya gəlməsindən danışıb:
"Bakı mənim tarixi vətənimdir. Bu, heç kimə sirr deyil. Təəssüf ki, mən bura istədiyim qədər gəlmirəm. Ümumiyyətlə, həyatımın ən ağır 9 ayını Bakıda keçirtmişəm. 2022-ci ildə bu şəhər mənə sığınacaq verdi, ailəm burada yaşayır, dostlarımın çoxu buradadır.
Buraya mütləq gəlin, amma bir az isinəndə, çünki Bakıda indi soyuqdur. Amma haradasa apreldə təyyarə bileti alıb Bakıya gəlin. Şəhər inkişaf edir, çiçəklənir. Təmizlik, yeməklər - hər şey heyrətamizdir. Bəzi yeni memarlıq obyektləri tikilir. Sadəcə gəlin və zövq alın. Və ən əsası qonaqpərvərdirlər. Çünki bu, azərbaycanlı olaraq qanımızda var. Biz qonaqlarımızı çox sevirik və buna görə də buraya gəlsəniz, burada bir az vaxt keçirsəniz, dincəlsəniz və həzz alsanız, peşman olmayacaqsınız".
Qeyd edək ki, Natella Krapivina və onun bacısı A.V.Əliyeva 2022-ci ildə Rusiya vətəndaşlığından məhrum edilib. Onların pasport alma prosedurunda səhvlər aşkar edilib və pasportun verilməsi etibarsız hesab olunub. Onlar Ukraynada baş verən hadisələri pisləmişdilər.(axşam.az)
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ