İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi xidmətlə bağlı ən son xəbərlər - ekspert SİRLƏRİ açır VİDEO

 

Son günlər hərbi xidmətə çağırış yaşının aşağı salınması məsələsi gündəmə gəlib. Bu günlərdə Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişikliklər üzrə müzakirələr davam etdirilir.

Hərbi xidmətə çağırış yaşının 35-dən 30-a endirilməsi hansı zərurətdən yaranıb? Bu məsələ ilə bağlı ən çox verilən suallardan biri budur ki, 30 yaşını keçmiş, hazırda hərbi  xidmətdə olan şəxslər  xidmətdən yarımçıq tərxis oluna bilərlərmi?

Əgər olunarsa, hərbi biletləri xidmətə yararlı, yoxsa yararsız sayılacaq?

Ailənin tək oğlunun hərbi xidmətə çağırılmaması məsələsi də tez-tez gündəmə gəlir.  Əvvəlki illərin təcrübəsi yenidən tətbiq edilə bilərmi?  

Yüksək intellektə malik gənclərin hərbi xidmət keçməsi qaydasında da yeniliklərin olacağı deyilir. Bəs bununla bağlı nə kimi yeniliklər olacaq?

 “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli "TV Müsavat"ın qonağı olub.

O, mövzu ilə bağlı suallara cavab verib, eləcə də Müdafiə Nazirliyi sistemində son aylar baş verən dəyişikliklərin səbəbi və regionda yaranan gərgin vəziyyətlə bağlı danışıb.

 Musavat.com həmin videomaterialı təqdim edir.

 

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR