İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi qüvvələr Crocus City Hall binasına hücuma başladı

Moskvada Crocus City Hall binasında atışma törədən bir qrup silahlı terrorçu binanın içərisində barrikada qurub. Hərbi qüvvələrin binaya hücumu başlayıb.

Lenta.ru-nun hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, atəş açanlardan dördünün silahlarını ataraq təxliyə edilənlərin izdihamına qarışaraq qaça bildiyi ehtimal olunur.

Hazırda Yol polisi əməkdaşları Crocus City Hall yaxınlığındakı yolları bağlayır.

Yanğınsöndürmə briqadaları binanı söndürməyə başlayıb. Helikopterlər gətirilib. Xilasedicilər də qalan insanları axtarmaq üçün içəri daxil olublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR