İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi Qənimətlər Parkına insan axını - hər kəs Albert Aqarunovun VURDUĞU TANKA baxmağa gəlir

44 günlük Vətən müharibəsindən sonra Bakıda yaradılan Hərbi Qənimətlər Parkı sentyabrın 22-sdən etibarən daha bir eksponatla zənginləşib.

Belə ki, 1992-ci ilin mayında, Şuşa şəhərinin işğalı zamanı qala şəhərimizə ilk daxil olmaq istəyən, amma Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurularaq sıradan çıxarılan, ekipajı məhv edilən 442 nömrəli “abidə” tank artıq Xəzərin sahilindədir.

TANK.jpeg (230 KB)

Birinci Qarabağ müharibəsindən sonra Qarabağdakı separatçılar həmin tankı “qələbə rəmzi” kimi bərpa edərək Şuşa yaxınlığında “abidə” olaraq qoymuşdular və hətta 44 günlük müharibdən sonra da həmin tankın yanından Azərbaycana ünvanlı sərsəm iddialar səsləndirirdilər.

Azərbaycanın qəhrəman ordusu 24 saatlıq antiterror tədbirləri ilə qanunsuz erməni hərbi birləşmələrini, terrorçuları darmadağın etdi və həmçinin separatçıların “abidəsi”ni də onlar üçün gözdağı elədi.

TANK SON.jpeg (389 KB)

Musavat.com-un əməkdaşı bu gün Hərbi Qənimətlər Parkında olarkən insan izdihamının şahidi olub.

Hərbi geyimdə məkdəblilər, xarici qonaqlar, həmçinin yerli sakinlər böyük maraqla Ermənistanın darmadağın edilmiş ordusunun qalıqlarını görməyə axışırlar.

Hərbi Qənimətlər Parkının əməkdaşları bildirdilər ki, buradakı eksponatlara maraq hər zaman böyük olub, amma dünən axşamdan Albert Aqarunovun vurduğu düşmən tankının buraya gətirilməsinin ardınca gün ərzində ziyarətçilərin axını davam edir.

“Çox güman ki, sabah daha çox tamaşaçı gələcək, çünki istirahət günüdür. Hər kəs gəlir, şəkil, video çəkir. Çox qürurlu günləri yaşayırıq və bu günlərə şahidlik etmək Hərbi Qənimətlər Parkının əməkdaşı kimi bizə də çox xoşdur” - həmsöhbətimiz bildirdi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR