İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi pilotlarımız Türkiyə səmasında - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi bu ölkədə, o cümlədən Azərbaycan HHQ pilotları və aviasiya vasitələrinin də iştirakı ilə keçiriləcək "Anadolu Qartalı-2022" təlimi çərçivəsində hazırlıq uçuşlarını əks etdirən görüntülər yayımlayıb.

Musavat.com xəbər verir ki, qeyd olunan görüntülər qurumun "Twitter" səhifəsinə paylaşılıb.

"2022-ci il 20 iyun - 1 iyul tarixlərində keçirilməsi planlaşdırılan "Anadolu Qartalı - 2022" təliminə qatılacaq Hərbi Hava Qüvvələrimizin təyyarələri ilə dost və müttəfiq ölkələrin təyyarələrinin Konyadakı 3-cü Əsas Qırıcı Baza Komandanlığına təhvil verilməsinin görüntüləri",- paylaşımda vurğulanır.

Xatırladaq ki, daha əvvə Azərbaycan Müdafiə Nazirliyi hərbi pilotlar və aviasiya vasitələrimizin Türkiyədə beynəlxalq təlimlərə qatılacağını bildirmişdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR