İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi komissarın var-dövləti ŞOK YARATDI - lüks avtomobillər, milyonluq villalar və...

Odessa Vilayət Hərbi Komissarlığının rüşvətxorluqda şübhəli bilinən rəhbəri Yevgeni Borisovun ortaya çıxan varidatı ölkədə şok yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın genişmiqyaslı hücumu nəticəsində ölkə torpaqlarının bir hissəsinin işğal olunduğu, on minlərlə əsgərin öldüyü bir vaxtda onun ailəsi İspaniyada milyonlarla dollara lüks avtomobillər və daşınmaz əmlak parkı əldə edib.

Gələn informasiyalara görə, İspaniyanın daşınmaz əmlak reyestrindən əldə olunan çıxarışlara əsasən, 2022-ci ilin dekabrında Borisovlar ailəsi Marbellada dəyəri 3 milyon dollardan çox olan villa alıb. Həmin ev Yevgeni Borisovun anası Nadejda Borisovanın adına rəsmiləşdirilib.

Bundan başqa, komissar qiyməti 100.000 dollardan başlayan elektrikli Mercedes EQV mikroavtobusunu alıb. Bu avtomobildən əlavə, Borisovlar ailəsi 2022-2023-cü illərdə daha iki lüks markalı avtomobil - Mercedes Gelandewagen və bir Toyota Land Cruiser əldə edib.

Eyni zamanda, Borisovun həyat yoldaşı Aleksandra 2023-cü ilin əvvəlində Marbella şəhərinin mərkəzi küçələrindən birində yerləşən ofis sahəsi alıb.

WhatsApp Image 2023-06-23 at 00.25.57.jpeg (101 KB)

"Ukrainska Pravda" saytının yazdığına görə, Borisovlar ailəsi Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri İspaniyada 4,5 milyon dollardan çox daşınmaz əmlak və lüks avtomobillərə sahib olub.

Borisov özü sayta "ailəsinin İspaniyada mülkünün olub-olmadığını bilmədiyini" söyləyib. Lakin jurnalistlər ona İspaniya reyestrindən hərbi komissarın ailəsinin əmlakına dair məlumatlara malik olduqlarını dəqiqləşdirdikdən sonra o, həyat yoldaşının "bu ölkədə pərakəndə ticarətlə məşğul olduğunu və bu işlərə qarışmadığını" bildirib.

Yevgeni Borisov ailəsinin İspaniyada daşınmaz əmlak və bahalı avtomobillər əldə etməsi faktını ilk dəfə 2023-cü ilin aprelində Ali Radanın keçmiş deputatı İqor Moseyçuk bəyan etmişdi.

1996-cı ildən Odessa Vilayət Hərbi Komissarlığının rəhbəri vəzifəsində çalışan Borisov tutduğu vəzifədən dərhal uzaqlaşdırılıb və bu il mayın əvvəlində Ukrayna Dövlət İstintaq Bürosu ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iş açıb.

İstintaqın məlumatına görə, hərbi komissar ödəniş müqabilində tabeliyində olan şəxslərə səfərbərlik zamanı Odessa vilayətinin sakinlərini hərbi xidmətə çağırışdan azad etməyi tapşırıb. Borisovun günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR