İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi Dəniz Qüvvələrində komando kursu keçirilir - VİDEO - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində "Dəniz təməl komando kursu" keçirilir.

MN-dən Musavat.com-a verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir.

Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.

"Dəniz təməl komando kursu"nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR