İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçilərimiz Türkiyə-Ermənistan sərhədində

Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə "Qış-2023" adlı hərbi təlim keçirilir.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Gazetakars" nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər. Təlim fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR