İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər gün bunları edin, xərçəng riskindən qurtulun

Məlumdur ki, siqaret və spirtli içkilərdən istifadə, eləcə də güclü Günəş, radiasiya və rentgen şüalarına məruz qalma, pis qidalanma vərdişləri və genetik faktorlar xərçəngə səbəb olur. Lakin insanların gündəlik həyatlarında ala biləcəkləri bəzi ehtiyat tədbirləri xərçəngin meydana gəlməsinin ən az üçdə ikisinin qarşısını alır.

Musavat.com CNN-ə istinadən gündəlik həyatınızda ala biləcəyiniz ehtiyat tədbirlərini təqdim edir:

- qatqılar əlavə edilmiş və qablaşdırılmış qidaları istehlak etməkdən çəkinin,

- Süni dadlandırıcılar olan bütün qida və içkilərdən uzaq durun,

- Un və şəkər istehlakını məhdudlaşdırımaqla insulin müqavimətini aradan qaldırın,

- Mövsümə uyğun tərəvəz və meyvə yeyin,

- Kifayət qədər miqdarda OMEGA-3 istehlak edin,

- Günəbaxan, qarğıdalı, kolza, soya və pambıq yağı kimi yağlardan istifadə etməyin,

- Mümkün qədər pasterizə edilmiş süddən uzaq durun, konservləşdirilmiş süd istehlak etməyin,

- Stress idarə etməyi öyrənin,

- Yuxu keyfiyyətinə əhəmiyyət verin,

- Siqaret çəkməyin və spirtli içki içməyin,

- D vitamini əlavələri qəbul edin,

 - İdman edin,

- İşlənmiş soya məhsulları yeməkdən çəkinin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR