İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər evdə olan TƏBİİ MÖCÜZƏ: "Gündə üç stəkan içən cavan qalır" - FOTO

"Qocalmanı yavaşlatmaq üçün gündə üç stəkan çay içmək lazımdır".

Bunu endokrinoloq Zuxra Pavlova bildirib.

Tibb elmləri doktoru gəncliyi uzatmağın sadə yolunu açıqlayıb.

Həkimin sözlərinə görə, çinli alimlər çaydan müntəzəm istifadənin qocalmanı ləngidə biləcəyini müəyyən ediblər:

"Onların təcrübəsində Çin və Böyük Britaniyanın 14 min sakini iştirak edib. Araşdırma zamanı respondentlərdən hansı çayı sevdikləri və nə qədər içdikləri soruşulub.

Sonra eksperiment iştirakçıları bioloji yaş da daxil olmaqla, fizioloji göstəricilərini qeyd edərək iki il ərzində müşahidə ediliblər.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, altı-yeddi qram çay yarpağı ilə gündə üç stəkan çay içmək orqanizmi cavanlaşdıra bilər".

Araşdırma müəlliflərinin fikrincə, çayın tərkibindəki aktiv birləşmələr və maddələr gəncliyi uzadır.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR