İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmzə Məmmədliyə hökm oxundu

Terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən 33 yaşlı Həmzə Məmmədlinin məhkəmə araşdırması tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu işin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.

İş materiallarından da görünür ki, gənc müttəhim 2015-ci ildən Almaniyaya köçüb. O, həmin ölkədə tibb kolleci bitirdikdən sonra xəstəxanalardan birində həkim köməkçisi işləyib.

H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb. 

2023-cü ildə Həmzə Almaniya vətəndaşlığı almağı bacarıb. Bununla yanaşı Azərbaycan vətəndaşlığını saxlayıb. Bu günə kimi də elə sonuncu statusda mühakimə edilib./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR