İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS rəhbəri İrana rəsmi səfərə gəldi

HƏMAS lideri İsmayıl Haniyə İrana rəsmi səfər edib.

Musavat.com i24.tv-yə istinadən xəbər verir ki, Qətərdə yaşayan Həmas liderinin İran rəhbərliyi ilə görüşərək bölgədəki yeni hadisələri müzakirə edəcəyi gözlənilir.

Fələstin KİV-lərinin məlumatına görə, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə şənbə günü Tehrana gedib. Məlumata görə, Haniyə Tehrana Həmas rəsmilərindən ibarət nümayəndə heyətinə başçılıq etmək üçün rəsmi dəvət alıb.

Haniyənin İslam Respublikasına səfəri islamçı terror qruplaşması olan HƏMAS ilə İran İslam rejimi arasında Suriyadakı vətəndaş müharibəsi ilə bağlı gərginliklərdən sonra münasibətlərin xeyli yaxşılaşmasının əlaməti kimi qiymətləndirilir.

Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR