İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS qərar verdi - 100 ABŞ vətəndaşı...

Radikal HƏMAS hərəkatı Misirlə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək xarici vətəndaşların və ikili vətəndaşlığı olan fələstinlilərin növbəti siyahısını təqdim edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə sənəddə 373 nəfərin adı və pasport məlumatları var. 

"Noyabrın 8-də "Rəfah" keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasport sahiblərinin siyahılarını dərc edirik. Sənəddə qeyd olunan vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 07:00-da keçid məntəqəsində olmalıdırlar", - deyə Qəzza zolağının sərhəd xidməti bildirib.

Məlumata görə, HƏMAS-ın açıqladığı siyahıda 100-ə yaxın ABŞ vətəndaşı var. Buraya Almaniya, Kanada, Rumıniya, həmçinin Ukrayna və Filippin vətəndaşları da daxildir.

Qeyd edək ki, "Rəfah" keçidi Misirlə Qəzza zolağı arasında yeganə sərhəd keçid məntəqəsidir. Noyabrın 1-də xarici pasport sahibləri və Qəzza zolağında döyüşlər zamanı yaralanan fələstinlilər sərhəd məntəqəsindən keçməyə başlayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR