İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-la qarşıdurmada İsrailin azı 279 hərbçisi həlak olub

İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Haqarinin verdiyi məlumata görə, radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsindən bu günədək İsrailin azı 279 hərbçisi həlak olub.

Bu barədə “Report” “Times of İsrael”ə istinadən xəbər verir.

Haqari əlavə edib ki, 126-dan çox hərbçi HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

Oktyabrın 7-də Qəzzada yerləşən radikal HƏMAS qruplaşması İsrailin cənubuna hücum həyata keçirib, ölkənin ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Son məlumata görə, hücum nəticəsində 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR