İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-İsrail müharibəsi Azərbaycana belə təsir edəcək - ŞOK AÇIQLAMA

“Müharibənin daha da şiddətlənəcəyini proqnozlaşdırıram. Çox təəssüf ki, nə İsrail nə də Həmas tərəfi dayanır”.

Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, İsrail intiqam almağa çalışır, çünki yarandığı gündən bu günədək belə şiddətli zərbə almayıb.

42e3787334-Elxan-sahinoglu-beynelxalq-edalet-mehkemesi-azerbaycanin-haqli-movqede-oldugunu-tesdiq-etdi.png (1.17 MB)

“Düzdür müharibələri olub, ərəblər üzərində qələbə qazanıb. İtkiləri də olub, amma birdən-birə terrorçu təşkilatın hücumu nəticəsində mindən çox mülki vətəndaşını itirməsi, yüzlərlə vətəndaşının əsir götürülməsi kimi vəziyyətlə İsrail ilk dəfədir üzləşir və bu, İsrail üçün qəbuledilməzdir. Eyni zamanda imicinə çox böyük zərbədir. Bu səbəblərdən dolayı, İsrail intiqamını alana qədər müharibə dayanmayacaq. Təbii ki, HƏMAS da boş durmayacaq, onlar da İsrailin mövqelərinə zərbələr endirməyə çalışacaqlar. Bundan əlavə, bu müharibədə başqa dövlətlərin də maraqları var. Maraqlar olduğuna görə müharibənin genişlənməsi təhlükəsi çox böyükdür. İşin içində İran da var. Məhz İran rejmi HƏMA, Hizbullah kimi terror təşkilatlarını dəstəkləyir, maliyyələşdirir və silahlandırır. HƏMAS - İsrail qarşıdurması genişlənərsə, İsrail Livan müharibəsinin də başlanma ehtimalı ola bilər. Çünki Livan ərazindən də Hizbullah İsraili atəşə tutur. Bu münaqişənin İrana sıçraması ehtimalı da var. İsrail yəqin ki, bir sonrakı mərhələdə Suriya və İrandakı mövqeləri də bombalamağa çalışacaq. Amerika hadisələri lokallaşdırmağa çalışır, Rusiya Federasiyası və Çin Xalq Respublikası isə neytral mövqedən çıxış edirlər. Hətta Çin bir ara İsrail ilə Fələstin qarşıdurmasında vasitəçi rolunu üstlənmək istəsə də, bu təşəbbüs uğurlu olmadı. Yenə də qeyd edirəm ki, müharibənin genişlənmək ehtimalı böyükdür. Cənubi Qafqaza da müəyyən mənfi təsirləri ola bilər. Hazırda İsaraillə əməkdaşlığı səbəbindən İranda Azərbaycan əlehinə şüarlar artır. İsrailin zərbələri nəticəsində, İranda xaos başlayarsa, sosial gərginlik artacaq ki, bunun da Azərbaycana fəsadları ola bilər” – deyə, Elxan Şahinoğlu bildirib.

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR