Onlayn ictimai-siyasi qəzet
AZAL-a məxsus Bakı-Qroznı reysi üzrə sərnişin təyyarəsinin faciəsində həlak olan pilotlardan biri, İqor Kşnyakinin qızı atasına həsr etdiyi emosional mesajı ilə hər kəsi kövrəltdi.
Musavat.com xəbər verir ki, qızı, atasını “qəhrəman” adlandıraraq, onun onlarla insanın həyatını xilas etmək üçün öz həyatını qurban verdiyini yazıb.
Mesajda deyilir:
“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin. Sən mənim üçün çox güclüsən. Həmişə fəxr edəcəm ki, mənim belə bir atam olub. Çox şən idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxt olmağımızı istəyirdin. ATALARIN ƏN YAXŞISI! Məkanın cənnətdir, inşallah. Allah rəhmət eləsin”.
Musavat.com bildirir ki, qəhrəman kapitan İqor İvanoviç Kşnyakinin qızları Anastasiya və Darya Kşnyakina Gimnastika Federasiyasının üzvləridir və tanınmış gimnastlardır.
İqor Kşnyakin, hadisə zamanı təyyarənin təhlükəsizliyini təmin etmək üçün qəhrəmanlıq göstərərək öz həyatını riskə atıb. Bu duyğusal mesaj faciənin dəhşətini və həlak olan ekipaj üzvlərinin ailələrinin çəkdiyi ağrını bir daha gözlər önünə sərir.
Azərbaycan ictimaiyyəti, faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir. İqor Kşnyakin və digər həlak olan qəhrəmanların xatirəsi həmişə yaşayacaq.
Musavat.com olaraq, biz də onların fədakarlıqlarını hörmətlə anırıq və Allahdan rəhmət diləyirik.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ