Onlayn ictimai-siyasi qəzet
Həddindən artıq tərləmə xəstəlik əlaməti ola bilər.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, həkim Dündar Güngör bununla bağlı önəmli açıqlamalar verib.
Onun sözlərinə görə, ani dəyişən hava şəraiti bir çox problemin ortaya çıxmasına səbəb ola bilər:
“Tərləmə fizioloji hadisədir və bədən istiliyini aşağı salan mexanizmdir. Ancaq tərləmənin həddindən artıq olduğu vəziyyətlər var. Bunları patoloji hesab edə bilərik. Stress və narahatlıq vəziyyəti tərləməyə səbəb ola bilər. Patoloji vəziyyətlərdə soyuq tərləmə ürək tutma (infarkt) yaşayan insanlarda baş verir. Bəzi xərçəng xəstəliklərində və ya qan şəkərinin aşağı düşməsində patoloji tərləmə baş verə bilər".
Mütəxəssis qeyd edir ki, qış ayları gəldikcə vətəndaşlar isti geyinir və bu da həddindən artıq tərləməyə səbəb olur:
"Tərləmə bədən temperaturunu aşağı saldığından soyuqdəymə, tənəffüs yolları və ağciyər infeksiyalarına tutulma riskini artırır. Bizim tövsiyəmiz qış aylarında hava şəraitinə uyğun geyinmək və havanın temperaturuna uyğun hərəkət etməkdir. Bu, sağlamlığımız üçün vacibdir".
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ