Onlayn ictimai-siyasi qəzet
Yeni aparılan araşdırmaya görə, həftədə ən azı iki dəfə qatıq istehlak etmək bağırsaq xərçəngi riskini azalda bilər.
Musavat.com xəbər verir ki, Harvard Universiteti və Mass General Brigham tərəfindən aparılan bu tədqiqatda qatığın bağırsaqdakı faydalı bakteriyaları dəstəkləyərək, xüsusilə aqressiv kolorektal xərçəng növlərinə qarşı qoruyucu təsir göstərdiyi müəyyən edilib.
Mütəxəssislər həftədə ən azı iki dəfə qatıq yeməyi tövsiyə edirlər. Bu vərdiş bağırsaq mikroflorasını dəstəkləməklə yanaşı, xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ