İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanadan çıxan kimi çətənə əkməyə başlayıb- 47 kol tərəvəzlərin içində tapılıb

Sabirabadda 49 yaşlı şəxs həbsxanadan çıxan kimi çətənə kolları əkməyə başlayıb. O, cəzasının qalan 2 illik hissəsindən azad edilmişdi.

Musavat.com xəbər verir ki, 49 yaşlı İlqar daha əvvəl bir neçə dəfə narkotik ittihamı ilə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə külli miqdarda narkotik ittihamı ilə 2019-cu ildə həbs edilmişdi. Cəzasının başa çatmasına 2 il qalmış həbsdən azad edilib. Lakin eyni əməlinə davam edib və çətənə kolları əkib.

3 uşaq atası olan İlqar Sabirabad şəhəri, E.Qənbərov küçəsi 4 nömrəli evin arxasında yerləşən həyətyanı torpaq sahəsindəki istixanada tərəvəz bitkilərinin arasında 47 ədəd çətənə kolu yetişdirməyə başlayıb.

Çətənə kolları boy atamağa başlayandan sonra polis əməkdaşlarının keçirdiyi əməliyyatla İlqar saxlanılıb.

Məhkəmə bu dəfə İlqar barəsində 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR