İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə uşaq dünyaya gətirən qadın ömürlük cəzadan xilas oldu

Türkiyədə 14-cü dəfə ana olan qadın 472 illik cəzadan azad edilib.

İstanbulda 36 yaşlı Ceylan Çiçək adlı qadının 189 cinayət qeydi və 20 iş üzrə axtarışı olduğu, 12 il qəti həbs cəzası və hamiləlik səbəbilə təxirə salınmış 472 il həbs cəzası olduğu müəyyən edilib.

16 yanvar 2025-ci ildə Bayrampaşa rayonunda oğurluq hadisəsi ilə bağlı aparılan araşdırma zamanı Ceylan Çiçək və Belkız Ura adlı şəxslərin kimliyi müəyyən edilib.

22 fevralda keçirilən əməliyyat zamanı hamilə olan Ceylan Çiçək tutulacağını anlayaraq pəncərədən atlayıb, lakin polis tərəfindən yaxalanıb. Onun 13 uşağı olduğu və 14-cü uşağına hamilə olduğu məlum olub.

Məhkəməyə göndərilən Çiçək həbs edilib və cəzaevinə göndərilib. Daha sonra 14-cü uşağını dünyaya gətirdikdən sonra hamiləlik səbəbilə təxirə salınmış 472 illik həbs cəzasına görə sərbəst buraxılıb./Yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR