Onlayn ictimai-siyasi qəzet
“Düşünmürəm ki, həbs edilən cinayətkarlar Azərbaycan cəmiyyətinə bəlli olmayan nələrisə söyləsinlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib.
Xatırladaq ki, “Caliber” nəşri separatçı rəhbərlərin istintaq prosesi zamanı açıqlayacağı adlara görə Azərbaycanda səs-küylü həbslərin olacağını iddia edib.
R. Kərimoğlunun sözlərinə görə, həbs olunan şəxslərin hər biri Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər soyqırımında iştirak edib:
“Onlar Azərbaycan xalqına qarşı cinayət törədiblər və bununla bağlı Baş Prokurorluqda kifayət qədər faktlar var. Eyni zamanda, uzun illər açıqlamalarında bunu etiraf ediblər. Bu açıqlamalar separatçıların ən ağır cəzaya məhkum olmasına əsas verir.
Satqın hərbçilər, eləcə də bəzi hərbi məqamlarla bağlı iddialara gəlincə, Araik Arutyunyan başda olmaqla, digərləri də ad çəkməyəcəklər. Çünki Azərbaycanda hərbi işlərlə bağlı satqınlıq və xəyanət edən adamlar başda Nəcməddin Sadıkov olmaqla, Rusiyanın adamlarıdır. Onlar da yalnız Rusiyaya hesabat veriblər”.
R. Kərimoğlu əlavə edib: “Lakin həyatdır, hər şey ola bilər. Ola bilər ki, separatçıların hərbi nöqteyi-nəzərdən açıqlamaları bəzi şəxslərin aşkara çıxarılmasına kömək etsin. Mən bu fərziyyəni inkar etmirəm, amma bu adamlar törətdiklərini təfərrüatlı şəkildə boynuna alacaq. Məsələn, Natiq Qasımovun dindirilməsi, onun sonrakı taleyi, vəziyyəti, sağdırsa, haradadır, şəhid olubsa, kim qətlə yetirib kimi suallara aydınlıq gətiriləcək.
Bildiyim bir şey var: baş verənlərin hər biri elə ağır cinayətlərdir ki, bununla bağlı Azərbaycanda tarixə düşəcək məhkəmələr qurulacaq”.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ