İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava yolu ilə yükdaşımalar bum dövrünə qədəm qoyur

Yaxın 20 ildə dünyada yük təyyarələri parkı təxminən 67 faiz artaraq 3,9 min ədədə çatacaq.

Musavat.com xəbər verir ki, bu proqnozla ABŞ-ın aviasiya nəhəngi Boeing Co. şirkəti çıxış edib. Şirkətin hesabatına görə, keçən il dünyada 2,34 min yük təyyarəsi olub.

World Air Cargo Forecast-ın(WACF) hesabatında qeyd olunur ki, 2043-cü ilədək hava yolu ilə yükdaşımaların həcmi hər il 4 faiz artacaq. Boeing-in proqnozuna görə, Şərqi və Cənubi Asiya bazarları iqtisadi artım və istehlak tələbi ilə bağlı illik trafikdə ən sürətli artımı görəcək.

Asiya-Sakit Okean donanmasının təxminən üç dəfə artması gözlənildiyi üçün regiondakı daşıyıcıların ən çox təchizata (980 təyyarə) ehtiyacı olacaq. İkinci yeri Şimali Amerika tutacaq (955 təyyarə). Bu iki region qlobal tədarükün üçdə ikisindən çoxunu təşkil edəcək.

Yük təyyarələrinin sayındakı artım həmçinin e-ticarətdə bum fonunda ekspress çatdırılma bazarının müsbət dinamikası ilə bağlı olacaq.

Qarşıdakı iki onillikdə yük təyyarələrinin tədarükü 2845 ədəd təşkil edəcək. Bunların mindən çox yeni istehsal ediləcək, 1,84 mini sərnişin təyyarələrindən dəyişdiriləcək. Hesabatda qeyd olunur ki, bunların təxminən yarısı (45 faiz) hazırda xidmətdə olan təyyarələri əvəz edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR