İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava limanında saxlanılan malların "dodaq uçuqladan" qiymətləri- Siyahı AÇIQLANDI

 

Dövlət Gömrük Komitəsinin Hava Limanında əşyaları saxlaması iki gündür ki, ölkə ictimaiyyətinin müzakirəsinə səbəb olub.

Belə ki, ötən gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əl yüklərinin yoxlaması zamanı gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən brend geyim əşyaları, “Cartier” markalı qol saatı, zərgərlik məmulatları və digər malların aşkar olunduğu barədə məlumat yayıb.

Xüsusilə də, sosial şəbəkələrdə müzakirə edilən bu məsələyə insanlar fərqli reaksiyalar verib.  Bir qisim insan Gömrük Komitəsinin hava limanında əşyaları saxlamasını sərt tənqid edir, digərləri isə bunun qanunauyğun olduğunu və düzgün saydıqlarını bildirirlər.

Musavat.com xəbər verir ki, iqtisadçı Vüsalə Əhmədova Gömrük Komitəsinin yaydığı həmin  məhsulların  təxmini qiymətlərinin siyahısını açıqlayıb:  “Əl baqajı deyib keçməyin, tam bir sərvət. 2 ədəd “Hermes Birkin” çanta hər biri – 23.000 $

“Hermes” servis dəsti – 91.480 tl

9 ədəd “Hermes” tərlik hər biri – 13.500 tl

2 ədəd “Hermes” çanta hər biri- 4.000 $

“Dior” sandalet – 1.690 $

“Hermes” kosmetika çantası – 1.773 $

“Balenciaga” sport ayaqqabı – 650 $

“Saint Laurent” çanta – 2.900 $

“Hermes” kardiqan – 4.238 $

“Miu” ətək – 26.950 tl

“Gucci” sport ayaqqabı – 750 €

“Cartier” saat – 207.000 tl

“Hermes” kole – 2.771 $

“Nike” sport ayaqqabı

“Bvlgari” biləklik

“Christian Dior” tərlik

3 ədəd “Hermes” bel çantası

Hələ müəyyən edə bilmədiyim bir çox şey…”

İqtisadçı ekspert əlavə edib: “Dövlət Gömrük Komitəsi qeyd edir ki, hər təqvim ayı ərzində bir dəfə, ümumi dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirilə bilər. Belə çıxır ki, heç bir halda ölkəyə brend mal gətirilməsi mümkün deyil, fotodakı əşyaların ən ucuzunun dəyəri 1000 ABŞ dollarını keçir…  Mallar A klass imitasiya da ola bilər…”

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR