İnsanlara hürriyət, millətlərə istiqlal!

Hatayda 175 saat sonra ana və iki uşağı xilas edildi

Türkiyədə zəlzələdən ən çox əziyyət çəkən Hatay bölgəsində 175 saatdan sonra ana və iki uşağı dağıntılar altından xilas edilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda da xilasetmə işləri davam etməkdədir və bu gün səhər saatlarında da 1 uşaq sağ olaraq xilas edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Son məlumata görə Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR