İnsanlara hürriyət, millətlərə istiqlal!

Harrisin qonşularının qeyri-adi şərti: “Yığış, köç, sənə səs verək”

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin qonşuları qəribə şərt irəli sürüblər: onlar vitse-prezidentə xitabla bildiriblər ki, o, Los-Ancelesin qərbində yerləşən Brentvud şəhər anklavındakı evini satarsa, ona səs verməyə hazırdırlar.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Qəzet qeyd edir ki, Demokratlar Partiyasından prezidentliyə namizədin qonşuları onların küçəsinin daim bağlanmasından, eləcə də Harrisin ətrafında təhlükəsizlik tədbirləri ilə bağlı müntəzəm tıxaclardan qıcıqlanırlar.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Avqustun 23-də Harris namizədliyi rəsmənelan edib. Respublikaçıların namizədi Donald Tramp onun əsas rəqibi olacaq. Harris Trampı “qeyri-ciddi insan” adlandırıb və onun Ağ Evə qayıtmasının “son dərəcə ciddi” nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR