Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti Kamala Harrisin seçki qərargahı müsəlman və ərəb seçiciləri ilə təbliğat aparmaq üçün əfqan əsilli amerikalı Nəsrina Barqzini işə götürüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb.
Bu addım İsraili dəstəklədiyinə görə prezident Co Baydendən narazı olan elektoratı ələ almaq üçündür.
Seçki qərargahından verilən məlumata görə, Barqzi iyul ayına qədər Harrisin Ağ Ev ofisində müsəlman, ərəb və Qəzza ilə bağlı məsələlər, o cümlədən reproduktiv hüquqlar, səsvermə hüquqları və demokratiya üzrə siyasət müşaviri vəzifəsində çalışıb. O, kampaniya zamanı analoji məsələlərə baxacaq.
Baydenin İsrail və Yaxın Şərqlə bağlı siyasətini tənqid edən bəzi müsəlman qrupları Harrisin onun mövqeyinin davamçısı olduğunu iddia edirlər. Lakin digər müsəlman liderlər Harrisin Qəzzadakı mülki itkilərə Baydendən daha çox acıdığını və onun daha yaxşı namizəd olduğunu ifadə edirlər.
ABŞ mətbuatının yazdığına görə, Barqzi əsas diqqətini müsəlman və ərəb icmaları ilə əlaqə saxlamağa yönəldəcək, seçicilər isə Harrisin Yaxın Şərq və İsrailə Baydendən fərqli yanaşma təklif edib-etməyəcəyini gözləyəcəklər.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ