İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı erməni şirkəti ABŞ sanksiyalarına məruz qalıb?

 

ABŞ Ticarət Nazirliyi on ölkədən 28 hüquqi şəxsə, o cümlədən Ermənistanda qeydiyyatdan keçmiş bir şirkətə ixrac məhdudiyyəti qoyub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ticarət Nazirliyi rəsmi məlumat yayıb.

Verilən informasiyaya görə, sanksiya tətbiq edilən şirkətin hüquqi adı İrəvanın Qaregin Njde küçəsində qeydiyyatda olan “Tako” MMC-dir.

Qeyd edək ki, “Tako” MMC və digər 27 şirkət sanksiya altındakı Rusiya şirkətlərinə tədarük həyata keçirdikləri üçün sanksiya siyahısına daxil edilib.

“Tako” MMC Rusiyanın “Radioavtomatika” şirkətinin tərəfdaşıdır və sonuncuya maliyyə və maddi dəstək göstərir.

Xatırladaq ki, daha əvvəl (ötən ilin noyabrında) ABŞ-ın sanksiya siyahısında “Tako” MMC-dən başqa, Rusiyanın “Milandr” şirkətinin Ermənistandakı törəmə şirkəti “Milur Electronics” MMC də sanksiya altındadır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR