İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyəyə görə İranda bir neçə nəfərə CİNAYƏT İŞİ AÇILDI

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Tehranda bir neçə nəfərə cinayət işi açılıb.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, bununla bağlı Tehran Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlar hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırılıblar.

"Bir neçə nəfər çağırılaraq dindirilib, onlara xəbərdarlıq edilib, daha bir neçə nəfərə isə cinayət işi açılıb. Onlara qarşı cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi qaldırılıb", - deyə məlumatda qeyd olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR