Onlayn ictimai-siyasi qəzet
Hamiləlik zamanı müşahidə edilən ağırlaşmaların müayinə və müalicəsi icbari tibbi sığorta hesabına aparılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "XəzərXəbər"ə bildirilib ki, ana və uşaq üçün həyati təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta təminatındadır.
Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma da icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.
Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ