İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hamı kimi həkim də yaxşı maaş almaq istəyir"-Tanınmış pediatr tərəf tutdu  

"Həkimlər regionlarda niyə işləmək istəmir? Bu məsələ uzun zamandır müzakirə olunur. Məsələ həll olunubmu? Bu problem yeni deyil. Hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranmamışdan əvvəl də müxtəlif platformalarda vakansiya elanları verilirdi. Gənc həkimlər rayonlara getmir. Kənardan məsləhət və əmr vermək çox asandır".

Musavat.com xəbər verir ki, bu fikirləri tanınmış pediatr Vaqif Qarayev bildirib. O, həkimlərin bölgələrə getməməsinin səbəbini belə izah edib: "Hamı kimi həkim də yaxşı maaş almaq istəyir. Regionlardakı tibb müəssisələrinin maddi-texniki bazası arzuolunan səviyyədə deyil. Gənc həkim normal mənzil şəraiti istəyir. Gənc ailə övladı üçün normal bağça, məktəb istəyir. Gənc həkim asudə vaxtlarını normal keçirmək istəyir və s. Bunlar qəfil düzələn məsələlər deyil. Tədricən etmək olardı, yaxud olar".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR