İnsanlara hürriyət, millətlərə istiqlal!

Haluk Levent məşhur jurnalın siyahısına düşdü - VİDEO

"TİME" jurnalı Haluk Leventi "dünyanın ən təsirli" 100 şəxsi arasında göstərib. 

Musavat.com xəbər verir ki, türkiyəli müğənni Haluk Levent Türkiyədə baş verən böyük zəlzələ fəlakəti zamanı "AHBAP" dərnəyini quraraq zəlzələ bölgəsinə gedib orada fəaliyyət göstərmişdi.

O, çadır şəhərcikləri qurub, apardığı yardım kampaniyaları ilə minlərlə zəlzələdən zərərçəkənlərə yardımlar həyata keçirib. 

Bir neçə gün əvvəl Haluk Levent Adıyaman, Hatay, Kahramanmaraş, Malatya və Qaziantepdəki ev layihələrinin detallarını açıqladı. O, qeyd etdi ki, ilk mərhələdə 1150 evin tikiləcək və evlər 6 ay içində təhvil veriləcək.

Haluk Levent yardım kampaniyasında edilən ianələrdən sonra "AHBAP"ın zəlzələ bölgəsinə 1 milyard türk lirəsindən çox vəsait xərclədiyini bildirib.

"Qalan pulun böyük hissəsini evlərin tikilməsinə xərcləmək qərarına gəldik. Zəlzələyə davamlı polad konstruksiyalı evlər. 2 mərtəbəli, 83 kvadratmetr", - Haluk Levent deyib.

Qeyd edək ki, "TİME" jurnalı siyahının tamamını bu gün açıqlayacaq. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR