İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimlə vəkilin virtual dostluğu - qanun nə deyir?

Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib və cəmiyyətin bütün təbəqələrindən aktiv istifadəçilər var. Vəkillər sosial şəbəkələr var olandan aktiv istifadəçilər sırasında yer alıblar. Son dövrlər məhkəmə hakimlərinin də sosial şəbəkələrdə sayı artıb. Hakimlərin dostluğunda bir çox hallarda vəkillər də var. Sosial şəbəkələrdə dost, müxtəlif növ icraatlar üzrə proseslərdə hakimlərlə vəkillər iştirakçısı kimi rastlaşırlar.

Hakimlə vəkilin virtual dostluğu etiraz üçün əsas ola bilərmi?

Mənə vəkil kimi heç bir təzyiq yoxdur” — Cavad Cavadov

Cavad Cavadov

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, həyatın sosiallaşdığı bir vaxtda hakimlərin sosial şəbəkə istifadəçilərinə çevrilməsi normal qarşılanmalıdır: “Digər tərəfdən, hakimlərin sosial şəbəkə istifadəçisi olması qanunvericiklə qadağan deyil. Hakimlərin vəkillərlə virtual dostluğu onun apardığı məhkəmə icraatı üzrə obyektivliyinə və qərəzsizliyinə dəlalət edən hal olması üçün yetərli deyil. ABŞ məhkəmə sistemində presedent hüququ mövcuddur və bununla bağlı 2017-ci ildə Florida ştatının məhkəmə prosesində baş vermiş bir hadisə ümumən diqqət çəkəndir. Tərəflərdən biri hakimə onun digər tərəfin vəkili ilə Facebook-da dost olduğuna görə etiraz edib. Bu məsələdə son nöqtəni həmin ştatın apelyasiya funksiyasını həyata keçirən Ali Məhkəməsi qoyub. Məhkəmə belə qənaətə gəlib ki, hakimlə vəkilin virtual dostluğu etiraz üçün yetərli deyil. Məhkəmə qeyd edib ki, Facebook-da dostluq insanlar arasında rəqəmsal əlaqədir, ənənəvi dostluqdan daha təsadüfi və daha az qalıcıdır". Bununla belə, ABŞ-da bu məsələyə hazırda müxtəlif yanaşmalar mövcuddur. Konkret olaraq bizim ölkənin məhkəmələrində belə əsasla etirazın verilməsini xatırlamıram. Ümumən əgər hakimin obyektivliyinə və qərarsızlığına dəlalət edən konkret və mötəbər dəlillər varsa, ilk növbədə o, özü-özünə etiraz etməlidir. Tərəfin yalnız sosial şəbəkədə dostluq əlaqələrində olması əsası ilə verilən etiraz, zənnimcə, yetərli olmasa, bu da həmin dostluğun aktivliyi dərəcəsinə görə dəyişə bilər".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR