Onlayn ictimai-siyasi qəzet
Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) meksikalı referi Marko Antonio Ortisi Çempionlar kuboku oyunundan sonra etdiyi hərəkətlərə görə cəzalandırmaq qərarına gəlib.
Hakim "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messidən avtoqraf istəyib ki, bu da hakimliyin etik standartlarına ziddir.
Turnirin 1/16 final mərhələsində keçirilən "İnter Mayami" - "Sportinq Kanzas-Siti" oyunu ABŞ komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 56-cı dəqiqədə Messi vurub. Final fitindən dərhal sonra Ortis səkkiz dəfə "Qızıl top"un qalibinə yaxınlaşaraq avtoqraf istəməsi CONCACAF -ın narazılığına səbəb olub.
Konfederasiyanın nümayəndəsi bildirib ki, araşdırma hakimin ailə üzvü üçün imza axtarmaqda öz maraqlarından çıxış etdiyini müəyyən edib. Bu cür davranış məmurların etik davranış kodeksini pozur və Ortis artıq öz səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib. /Lent.az
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ