Onlayn ictimai-siyasi qəzet
Hakerlər "Real Madrid"in futbolçusu Kilian Mbappenin X sosial şəbəkəsindəki hesabını sındırıblar.
Musavat.com xarici mediaya istinala xəbər verir ki, bu hadisə cümə axşamı gecə baş verib. “Mirror” qəzetinin məlumatına və sosial şəbəkələrdə dərc olunan skrinşotların məzmununa görə, virtual hücumçular səkkiz dəfə “Qızıl top”un sahibi olmuş Lionel Messiyə, İngiltərənin “Tottenhem” klubuna və İsrail dövlətinə ünvanlanan bir neçə təhqiramiz mesajlar dərc ediblər. Onlar həmçinin Mbappenin hesabında Fələstinə və İngiltərənin “Mançester Yunayted”inə dəstək üçün bir neçə yazı yerləşdiriblər.
Mesajların birində hakerlər yazıb: “Kriştiano Ronaldo bütün zamanların ən böyük futbolçusudur. Bu cırtdan mənim üçün ən yaxşısı deyil” deyən mətni ağlayan Messinin fotosu ilə müşayiət edib.
Daha əvvəl fransalı hücumçu Kilian Mbappenin Avro-2024 matçı zamanı Polşa yığmasının hücumçusu Robert Levandovskini təhqir etdiyi bildirilirdi.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ