İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan niyə Türkiyəyə qayıtmaq istəyir? - Tək səbəbi futbol deyil

Bu günlərdə Türkiyə futbol gündəmindəki əsas mövzulardan biri Hakan Çalhanoğludur.

31 yaşlı yarımmüdafiəçi əvvəlcə “Qalatasaray”a transfer olmaq istədiyini bildirmişdi. Onun adı son 2 gündür “Fənərbağça” ilə yanaşı hallanır.

Bu barədə türkiyəli jurnalist Celal Eren Çelik maraqlı bir yazı yazıb. O, Hakanın Türkiyəyə qayıtmaq istəyinin təkcə futbolla bağlı olmadığını düşünür:

Hakan İtaliyada ciddi hüquqi problemlə üzləşib. Qara bazarda bilet satışından tutmuş klubdan parkinq yerlərinin alınmasına qədər çoxsaylı qanunsuz fəaliyyətlərlə təqsirləndirilən “İnter”in “Ultras” azarkeş qrupları tələblərini artırdıqda, Hakan komandanın kapitanı kimi bu qrupların rəhbərləri ilə görüşə göndərilib. Hakan klub adından bu görüşlərdə iştirak edib.

Lakin İtaliyada başlanan korrupsiya əməliyyatı “İnter” azarkeş qruplarına da şamil edilib. Telefon dinləmələri nəticəsində türkiyəli futbolçunun fanat qruplaşmaları ilə əlaqəsi olduğu ortaya çıxıb.

31 yaşlı futbolçu “klub adından orada idim” desə də, “İnter” və bəzi komanda yoldaşları “biz xəbərsiz idik” deyərək, faktiki olaraq onu tək qoyublar. Bu, bütün məsuliyyəti Hakanın üzərinə qoyub və o, ciddi cəza təhlükəsi ilə üzləşib.

Avropanın heç bir klubu nə “İnter”in transfer məbləği istəyini, nə də Hakanın müqavilə şərtlərini yerinə yetirmək istəmir. Üstəlik, ona qarşı irəli sürülən ittihamlar və məhkəmə araşdırması riski səbəbindən belə bir transferi nəzərdən keçirməkdən çəkinirlər.

Bu hüquqi problemlərə görə Hakan Türkiyədə “qorunacağını” düşünərək birtəhər ölkəyə qayıtmaq istəyir.

Hazırda onun gəlməyə ən yaxın olduğu yer isə "Fənərbağça"dır. Klublar razılaşsa, Hakan "sarı-lacıvərd" formanı geyinməyə hazırdır.  (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR