Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə xarici işlər naziri Hakan Fidanın Ukrayna probleminin həlli üçün sülh platformasının yaradılması ilə bağlı təklifinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinin problemin diplomatik yolla həllinin tərəfdarı olduğunu deyib.
“Əlbəttə, biz heç vaxt danışıqlardan vaz keçməmişik. Əksinə, bütün aidiyyəti tərəflərin iştirakı ilə danışıqların aparılmasının tərəfdarıyıq. Hələlik belə bir platforma yoxdur, bu məsələdə Fidanla razıyıq. Belə bir platforma olsaydı, yaxşı olardı”, - Rusiya rəsmisi vurğulayıb.
Hakan Fidan məsələni Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında gündəmə gətirib.
“Türkiyə olaraq düşünürük ki, müharibəni bitirmək və daimi sülh üçün daha geniş səylər göstərilməlidir. Qütbləşmənin dərinləşməsinin qarşısını alacaq, yüksək səviyyəli iştirak və təmsilçilik keyfiyyətinə malik, diplomatiyaya üstünlük verən sülh platforması yaratmaq lazımdır”, - Türkiyənin baş diplomatı qeyd edib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ